Azərbaycanın tanınmış meyxana ifaçısı Namiq Qaraçuxurlu məşhur türkiyəli aktrisalarla filmə çəkiləcək.
Oxu.Az xəbər verir ki, meyxanaçı bu haqda ATV telekanalında yayımlanan “Onlar” verilişinə müsahibəsində belə deyib.
O, aktrisalar arasında özü seçim edəcəyini bildirib:
“Rol alacağım bir filmdə kamera qarşısına Türkiyənin məşhur aktrisalarından biri ilə çıxacam. Bu ya Beren Saat, ya da Cansu Dərə olacaq. Cansunu “Möhtəşəm yüz il” serialından tanıyıram. İkisi də gözəl aktrisadır. Amma fikirləşirəm ki, Cansunun boyu balacadır. Çəkilişdə onunla çətin olacaq. Çünki yanyana gələcəyik, yaxşı görünməyəcək. Buna görə də Beren Saatı seçməyi düşünürəm”.
Aytən Sadıqzadə
www.oxu.az