Meyxanaçı Namiq Qaraçuxurlu sosial şəbəkədə Yeni İli necə keçirəcəyi haqqında verilən suallara cavab ünvanlayıb.
Oxu.Az-ın məlumatına görə, meyxanaçı bu haqda “İnstagram” səhifəsində məlumat verib:
“Yeni İli harada, kiminlə keçirəcəyimi soruşanların nəzərinə çatdırıram ki, dekabrın 31-i Məhəmməd peyğəmbərin vəfat günü olduğu üçün bu tarixi bayram kimi qeyd etməyəcəm. Həmin gün bayram etmək haram sayılmır, bu sadəcə əqidə məsələsidir. Hər kəsin seçiminə hörmətlə yanaşıram”.
Aytən Sadıqzadə
www.oxu.az