Müğənni Rəqsanə İsmayılova aparıcı Nanə Ağamalıyevaya mahnı hədiyyə edib.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, aparıcı mahnını dinlədikdən sonra çox bəyəndiyini bildirib:
“Sosial şəbəkədə ifa etdiyim mahnılardan söhbət açanda müğənnilər qısqanclıqdan münasibət bildirmirlər. Mən müğənni deyiləm, sadəcə səsim olduğu üçün oxuyuram. Rəqsanənin mənə hədiyyə etdiyi mahnını çox bəyəndim, düşünməzdim ki, o belə mahnı bəstələyə bilər. Düzdür, sözləri mənə aid deyil, mən ailə qurmamışam, burada isə deyilir ki, sən başqası ilə evləndin, mən başqa evdə gəlin oldum. Lakin belə hadisələr Azərbaycanda tez-tez baş verir, qızlarımız sevmədiyi insanlara ərə verilir və bədbəxt olurlar. Bu üzücü faktdır. Mən isə heç vaxt sevmədiyim adamla ailə qura bilmərəm”.