Dünyanın məşhur modeli Naomi Kempbellə həbs cəzası verilib.
Oxu.Az-ın xarici mətbuata istinadən xəbərinə görə, 45 yaşlı model 2009-cu ildə keçmiş sevgilisi Vladimir Doroninlə Lipari adasında yaxtada dincələrkən şəkillərini çəkən fotoqrafa hücum etmişdi.
Çantasını onun başına çırparaq, gözünü zədələyən modelə Siciliya məhkəməsi 6 aylıq həbs cəzası kəsib.