Müğənni Natavan Həbibi “ATV maqazin onlarla” verilişinə müsahibə verib.
Oxu.Az xəbər verir ki, ifaçı 19 ildir görmədiyi atasından danışarkən ağlamağa başlayıb.
“Uşaqlığımın əksər hissəsini atasız keçirmişəm. Anam güclü xanım olduğu üçün bunu bizə hiss etdirməyib. Sonuncu dəfə onu 1998-ci ildə təsadüfən görmüşəm. Xalam qızını hava limandan yola salırdım. Birdən doğma iki göz gördüm, artıq atam qocalmış, saçları ağarmışdı.
Buraya işi olduğu üçün gəldiyini dedi. Dedim, bizə baş çəkmədən gedirsən? Söylədi ki, özün hər şeyi bilirsən. Anamla aralarında inciklik var. Həyatdır, hər şey ola bilər”, - deyə N.Həbibi vurğulayıb.
A.S.
www.oxu.az