Xalq artisti Nazpəri Dostəliyeva həmkarı İlhamə Quliyeva haqda ünvanlanan sualları cavablandırmaq istəməyib.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, xalq artisti “Şoubiz” verilişinə açıqlamasında məhkəməlik olduğu həmkarı ilə bağlı sualı belə cavablandırıb:
“Mən halal süd əmmişəm, mənim bir simam olub, vətənimin, torpağımın qədrini bilmişəm. Nankor deyiləm. Su içdiyim arxa nankorluq etmərəm. Ağlım, dərrakəm var. Yalan, böhtanlar mənə təsir etməz. Yalan ayaq tutub yeriməz”.
Dostəliyeva pərəstişkarlarının sevgisindən də söhbət açıb:
“Mənim fanatlarım məni sevirlər, mən də onların sadiqliyini sevirəm. Bəzi fanatlar var ki, gündə bir müğənniyə pərəstiş edirlər. Mənim fanatlarım elə deyil. Məni sevənlər məni şux saxlayır. Sənətim, doğmalarım və mənə olan inamlar məni şux saxlayır. Bəziləri kimi iki simadan istifadə etməmişəm. Hər zaman haqqın tərəfdarı olan insan olmuşam”.