Xalq artisti Nisə Qasımova son vaxtlar gündəmi zəbt edən taclı-titullu məşhurlardan söz açıb.
Oxu.Az bildirir ki, müğənni “ATV maqazin” verilişinə müsahibəsində titullu həmkarları haqqında bunları deyib:
“Özlərinə ad qoyanları görəndə dəhşətə gəlirəm. Durub necə deyə bilərəm ki, mənə “kraliça”, “prinsessa” deyin. Bu sənətdə əjdahanı, ilanı, qurbağanı tanımıram. Hər kəsi adı, eləcə də əməkdar və xalq artisti kimi tanıyıram. Dediyim sözləri kimsə ünvanına götürüb məndən inciməsin. Hər halda sizin yaşınızdan iki qat artıq sənət təcrübəm var”.
Nisə Qasımova ilk dəfə 2006-cı ildə tac taxdığını da söyləyib:
“2006-cı ildə solo konsert verirdim, onda geyindiyim libasa uyğun tac taxıb səhnəyə çıxdım. 2014-cü ildə fevralda solo konsert verəcəyəm. Onda da səhnəyə sözün əsl mənasında tacla çıxacağam”.
Aytən Sadıqzadə
www.oxu.az