Ötən ay avtomobil qəzası keçirən azərbaycanlı müğənni Niyam Salami yeni avtomobil alıb.
Bu barədə Oxu.Az-a ifaçının özü məlumat verib:
“Keçirdiyim dəhşətli avtomobil qəzasından sonra bir çox dostlarımı yaxından tanıdım. Bir neçə insanı isə özüm üçün kəşf etdim. Həqiqətən də maşın insanın ikinci evi sayılır. İki ay idi ki, maşınsız idim. Sanki nə isə itirmişdim. Allaha çox şükür ki, yeni avtomobilimə qovuşdum”.
Müğənninin yeni “Chevrolet” markalı avtomobilinin qiyməti təxminən 18 000 dollar təşkil edir.

Qeyd edək ki, N.Salami iyunun 8-i gecə saatlarında Sabuçu dairəsində avtomobili idarə edərkən qəflətən maşının təkəri qoparaq, dərəyə aşmışdı. İfaçı 2 ilə yaxın idi ki, həmin “Ford” markalı avtomobili idarə edirdi.

Aytən Sadıqzadə
www.oxu.az