“TV8”-də yayımlanan “O səs Türkiyə”nin növbəti buraxılışında Oğuzhan Özdemir adlı iştirakçı “Yandırdın qəlbimi” adlı Azərbaycan mahnısı ilə çıxış edib.
Oxu.Az xəbər verir ki, bəstə “anonim” kimi qeyd olunub.

Onun ifasını münsiflərdən Gökhan Özoğuz və Yıldız Tilbe bəyənib. Proqramda bu mahnın kimə aid olması ilə bağlı müzakirələr aparılıb. Sonda Yıldız Tilbe “Mən bunun Azərbaycan mahnısı olduğunu bilirəm” deyib. Lakin mahnının müəlliflərinin kim olduğunu bilmədiyini söyləyib.
A.S.
www.oxu.az