Uzun zamandır ağır xətəlikdən əziyyət çəkən, 4 dəfə cərrahi əməliyyat keçirən, hətta barəsində ölüm xəbəri yayılan tanınmış müğənni “Faytonçu” Nazim (Nazim Pişyari) ARB TV-də yayımlanan “Səhər-səhər” verilişinin qonağı olub.
Oxu.Az xəbər verir ki, o, səhhətində yaranan ciddi problemlərlə əlaqədar xeyli müddətdir, səhnə və efirdən uzaq düşdüyünü söyləyib.
“Öd kisəmdən əziyyət çəkirdim, naşı həkimin əlinə düşdüm, ciddi fəsadlar baş verdi. Əməliyyat 4 saat davam etdi. Qanaxma baş verən an dərhal açıq əməliyyata keçmək lazım idi. Qanaxmanın qarşısını almaq üçün öd kisəsinin axarlarını tikmişdi. Hər gün qanaxma baş verirdi. Mənə dedilər ki, 6-7 ay ömrün qalıb, kimyaterapiya edilməlidir. Sonradan bəlli oldu ki, başqa sahənin adamı imiş, 2 ay kurs keçib, cərrah olub. İsraildə mənə dedilər ki, sən onkoloji xəstə deyilsən, burada həkim səhvi var”, - deyə o bildirib.
A.S.
www.oxu.az