Gənc müğənni Lamiyə Novruzova ilə prodüser Təranə Səmədovanın iş birlikləri bitdi.
Oxu.Az məlumat verir ki, müğənni bu haqda sosial şəbəkədə məlumat yazıb:
“Hər şey öz dadında qalanda gözəl olur. Dünəndən etibarən prodüser Təranə Səmədova ilə yollarımız ayrıldı. Heç bir qalmaqal axtarmayın, sadəcə alınmadı, bizim dostluğumuz davam edir, ən gözəli budur. Hər kəsə uğurlar”.
Xatırladırıq ki, Təranə Səmədova əvvəllər müğənni Rəqsanə İsmayılova, Günay İbrahimli, “Şarm” qrupunun prodüseri olub və həmin müğənnilərlə iş birliyinə qalmaqallı şəkildə son qoyub.
Aytən Sadıqzadə
www.oxu.az