Hər zaman qurduğu cümlələrlə gündəmə damğasını vurmağı bacaran bəstəkar-müğənni Rəhim Rəhimli bu dəfə xalq artisti Faiq Ağayev haqqında danışdı.
Oxu.Az ATV telekanalında yayımlanan “Onlar” verilişinə istinadla xəbər verir ki, məşhur son vaxtlar şou-biznesdə baş verən münaqişələrə fikir bildirib, eyni zamanda xalq artisti Faiq Ağayev haqda gözlənilməz fikirlər bildirib:
“Xanım müğənnilərdən yalnız Zülfiyyə Xanbabayeva öz yerini qoruyub saxlaya bilib. Kişi müğənnilər arasında illərdir səhnədə olub, ulduzu parlayan müğənni yoxdur. Onlardan Abbas, Miri Yusif mahnılar yazdırır, öz üzərində işləyir. Amma tam rəqabət yoxdur.
Faiq Ağayev məndən illər öncə səhnədədir. O, zamanında çox konsertlər verib, əməkdar və xalq artisti adlarını alıb. İndi o rəqabətə can atmır. Heç kimlə bəhsə girmir. Bu yaxınlarda özü də dedi ki, artıq mənim zamanım deyil. Mən də elə düşünürəm ki, artıq Faiq Ağayevin zamanı deyil”.
Həmin kadrlara 5.23-cü dəqiqədən baxa bilərsiniz:
Aytən Sadıqzadə
www.oxu.az