O, filmlərində rollar üçün radikal transformasiyaları ilə məşhurdur, amma dünən ELLE-nin 21-ci “Hollivud qadınları” mükafatlandırma mərasimində kameralarının obyektivlərinə tuş gələn qadın, tamaşaçıların “Bridcit Consun gündəliyi” filmində gprdükləri aktrisa ilə heç bir oxşarlığı yox idi.
Oxu.Az The Daily Mail-ə istinadən xəbər verir ki, 45 yaşlı Rene tamamən tanınmaz olub, bu isə çoxsaylı plastik əməliyyatlar haqqında söz-söhbət üçün əsas oldu, çünki onun dolu sifəti və həddən artıq hamar alnı təbii görünmürdü.
Bununla yanaşı Rene özü qətiyyətlə kosmetik cərrahiyyənin yer aldığını təkzib edir, iddia edir ki, onun xarici görünüşü – sağlam həyat tərzinin və düzgün qidalanmanın nəticəsidir.
Tədbirə aktrisa, iki ildən artıq birlikdə lduğu boyfriendi – musiqiçi Doyl Bremhell ilə gəlib. Şaiyələr gəzir ki, cütük hətta uşaq haqqında belə düşünürlər.