Müğənni Rəqsanə İsmayılova İstanbulda çəkdirdiyi “Alma məndən gözlərini” adlı klipi ilə bağlı maraqlı məqamlardan bəhs edib.
Oxu.Az xəbər verir ki, müğənni “Onlar” verilişinə açıqlamasında klipdə çimərlik geyimində olmasından danışıb:
“Klipdə bağlı çimərlik geyimindəyəm. Gedib Türkiyədə klip çəkdirmişəm. Xalat geyinəsi deyiləm ki...
Ümumiyyətlə, son vaxtlar geyindiyim libaslar, taxdığım eynəklərin çoxu dünya brendlərindəndir”.
Rəqsanə şou-biznesdə öz imzasının olmasını da vurğulayıb:
“Toy bazarının hamısını “öldürmüşəm”. 10 ildən çoxdur bu sənətdəyəm. Rəqsanə olaraq öz imzamı qoymuşam. Canlı oxumaqda hamının dizini yerə qoyaram”.
Aytən Sadıqzadə
www.oxu.az