Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Rəqsanə İsmayılova: “Damla əlində çamadanla Dağıstanda yolun qırağında qalmışdı”
Müğənni Rəqsanə İsmayılova ilə həmkarı Damla (Məsumə Əliyeva) arasında yenidən qalmaqal yaşanıb.
Ötən gün Moskvadan “Həmin Zaur” proqramına gələn sənətçi “Ay ürəyim” mahnısını Damladan əvvəl özünün oxuduğunu bildirib. Bu səbəblə də Rəqsanə Damla ilə dostluq münasibətlərini bitirib. O, Damlaya keçmişdə etdiyi yaxşılıqları xatırladıb:
“Damla Moskvaya gələndə böyük problemlə üzləşmişdi. Bunu özü yaxşı bilir. Novruz bayramı günü öz ailəmi bir kənara qoyub onların arxasınca getdim.
Damla yadına salsın, pandemiyada əlində çamadanla Dağıstanda yolun qırağında qalmışdı. Zəng etmədikləri yer qalmamışdı, amma mən qadınlığımla onun Azərbaycana gəlməsinə kömək etdim. Dostlarım onun Azərbaycana gəlişini təşkil etdilər.
Bundan qabaq da aramızda mahnı söhbəti olmuşdu. Demişdi ki, üç min xərc çəkmişəm, amma ondan sonra gəldin, qapımı döydün, bəlkə də, mən sənin Moskvada 100 minlik problemini həll etdim.
Sən orada Rəqsanənin adının olduğunu eşidəndə deməliydin ki, o mahnını oxumuram. Mən onda o mahnını oxumazdım”.
Rəylər