Gənc müğənni Rita Ora ABŞ televiziyasında yayımlanan “X Factor” adlı səs yarışmasının ən çox diqqət çəkən münsif üzvlərindən biridir.
Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, 24 yaşlı ifaçı yarışmanın dünən gecə təqdim olunan yeni bölümündə geyindiyi rəngli parçalarla bəzədilmiş pencəyi ilə gündəm yaradıb.
Bir çox tamaşaçı Rita Oranı TV-də gördükdən sonra dərhal sosial şəbəkədə müğənninin paltarıyla əlaqədar şərh yazıb.
Ən çox təkrarlanan şərh isə “Rita Ora şalvar geyinməyi unudub” sözləri olub.
Aytən Sadıqzadə
www.oxu.az