Müğənni Roza Zərgərli ANS telekanalında yayımlanan “Şoubiz+” verilişinə maraqlı açıqlamalar verib.
Oxu.Az xəbər verir ki, müğənni sən demə, peşəkar idmançıdır. O, 6 il fiqurlu konki sürməklə məşğul olub.
Roza Zərgərli bildirib:
“Tümen vilayətində professional olaraq 6 il fiqurlu konki sürməklə məşğul olmuşam. Bir qızıl, iki gümüş medalım var. Bu səbəbdən də şou-biznesin ən ideal ayaqları məndədir”.
Aytən Sadıqzadə
www.oxu.az