Müğənni Ruhəngiz Musəvi maraqlı açıqlaması ilə gündəmə gəlib.
Oxu.Az ATVxəbər.az-a istinadla məlumat verir ki, "Düzünü desək" verilişində qonaq olan müğənni həyat yoldaşı ilə aralarındakı yaş fərqindən danışıb:
"Mənim ikinci yoldaşım məndən 12 yaş kiçik olub. Amma mən ondan gənc görünmüşəm. Amma o çox maraqlı insan idi. O mənə dayaq olurdu, ağıl verirdi. Amma mənim yaşım çoxdu. Buna baxmayaraq mən daxilən özümü çox gənc hesab edirdim".
Xatırladaq ki, Ruhəngiz Musəvi 1953 -cü il Bakıda anadan olub.