Bakı daha bir məşhur simanı yüksək səviyyədə qonaq edib.
Oxu.Az ANS PRESS-ə istinadla xəbər verir ki, rusiyalı seksual model və DJ Diana Melison Azərbaycana gəlib.
Diananı Rusiyada ilk “SWAG girl” və moskvalı şahzadə adlandırırlar. Cazibədar bədən quruluşu, fotoları ilə yanaşı klub musiqiləri ilə də qəlbləri fəth edən xanım paytaxta heyran qalıb.
Ötən günlərdə Bakıya gələn Diana Melison şəhərin öndə gedən restoranlarından birində keçirilən SWAG gecədə iştirak etmək üçün dəvət olunub. Konsert proqramından öncə model şəhər gəzintisinə çıxıb, maraqlı gün keçirən Diana paytaxtda çəkdirdiyi şəkilləri şəxsi İnstaqram səhifəsində paylaşıb. Ən maraqlısı isə budur ki, D.Melison fotoları Azərbaycan dilində şərh yazaraq yerləşdirib:
“Salam Bakı! Küləklər şəhəri! Sevirəm sizi!” deyə, şəhəri bəyəndiyini bildirib.
DJ və model kimi fəaliyyət göstərən Diananın gəzinti və konsertdən olan fotolarını sizə təqdim edirik: