“Barcelona” futbol komandasının oyunçusu Gerard Pique və müğənni həyat yoldaşı Shakira seks kaseti ilə şantaj olunur.
Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, keçmiş işçilərindən birinin məşhur cütlüyün sevişmə səhnəsi olan kasetləri göndərərək onları şantaj etdiyi deyilir.
Kolumbiyalı müğənni ilə futbolçu ərinin gəzən şayiələrə cavab verməməsi bu hadisənin həqiqət olub olmadığını sual altında qoyur.
Cütlüyü təhdid edən işçinin bu görüntüləri yayımlamamaq üçün onlardan pul istədiyi yazılır.
Şantaj edən adamın ölkə qanunlarına görə, 5 ilə qədər həbs cəzası ala biləcəyi də iddia edilir.