Azərbaycanın tanınmış stilisti Samiraldo (Samir Əliyev) həyatından bəhs edən “Samir” kitabının müəllifi Əhməd Şahidovu məhkəməyə verir.
Oxu.Az ANS PRESS-ə isitinadən xəbər verir ki, stilist açıqlamasında müəllifin cəzalandırılmasını və kitabın satışdan yığışdırılmasını tələb edəcəyini bildirib:
“Mən buna məcburam. Kitab konkret mənə həsr edilib, mənim həyatımdan yazılıb. Hər halda ictimaiyyətə belə təqdim edilib. Bu üzdən də kitabın içindəki etik normaları aşan ifadələrin işlənməsi, həqiqətə uyğun olmayan və məni alçaldan qondarma faktlar üzündən Əhməd Şahidovu məhkəməyə verirəm. Artıq vəkilim məhkəməyə təqdim etmək üçün iddia ərizəsini hazırlayır. Bunu etməyə bilməzdim”.
Samiraldo kitabda etik qaydaların kobudcasına pozulduğunu deyir:
“Məni tanıyan mötəbər, hörmətli insanlar bu kitabı oxumaq üçün məndən istəyirlər. Utanıram, heç kimə verə bilmirəm kitabı... Ayıb olar, onlara qarşı hörmətsizlik olar bu kitabı versəm. Mən başa düşə bilmirəm, cinsiyyət orqanının adını yazmağa axı nə ehtiyac var idi? Yəqin Əhməd Şahidov düşünüb ki, bu ifadəni işlətməklə kitabı oxunaqlı edib. Biabırçılıqdır! Kitabda mənim şəxsiyyətimi alçaldan, ləkələyən, şər və böhtandan ibarət hissələr çoxluq təşkil edir. “Samir” kitabında reallıqdan uzaq çox şeylər var.
Guya mən Samir Bağırovun bağ evində öz həmcinsimlə cinsi əlaqəyə girmək istəmişəm və ... Ağ yalandır! Əvvəla Samir Bağırovun ömründə bağ evi olmayıb. İkincisi də mən indiyə qədər kişi ilə cinsi əlaqədə olmamışam və buna heç vaxt cəhd etməmişəm. Bütün bunlar Əhməd Şahidovun fantaziyalardır. O, haqqımda kitab yazmaqla özünü məşhur etmək istəyib. Bunları yazmaqla kitabın daha çox satılmasına nail olmaq istəyib. Amma məni düşünməyib. Mənim adımı batırmaqla özünə şan-şöhrət qazanmaq istəyib.