9 mayda ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə bağlı Şəkidə möhtəşəm konsert proqramı keçiriləcək.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, konsertdə çıxış etməsi planlaşdırılan “Natiq” Ritm Qrupunun bədii rəhbəri Natiq Şirinov “Kanal S”ə müsahibəsində bütün şəkililəri konsertə dəvət edib.
Şəkidə keçiriləcək möhtəşəm konsert proqramının özəlliklərinə toxunan Natiq Şirinov konsertdən öncə qrupun şəhər ərazisində göstərəcəyi şou-yürüş barədə də məlumat verib, şəhər sakinlərini onlara qoşulmağa çağırıb.
“Biz Şəkiyə Qafqazın ən böyük nağarasını gətirmişik. Bundan başqa, konsert iştirakçılarını təsəvvür edə bilməyəcəkləri sürprizlər gözləyir”. - deyə “Natiq” Ritm Qrupunun bədii rəhbəri bildirib.