Stokholmda keçiriləcək “Eurovision-2016” mahnı müsabiqəsinin başlanmasına az müddət qalıb.
Oxu.Az xəbər verir ki, müsabiqənin rəsmi “Youtube” səhifəsində baxış sayınının bugünkü nəticələrinə görə, ən çox baxılan mahnı və klip 2 milyon 244 min baxış sayı ilə Polşa təmsilçisi Michak Szpakdır.
İkinci yeri Ermənistan təmsilçisi İveta Mukuchyanın “Love wave” mahnısı 1 milyon 791 min baxış toplayıb.
Azərbaycan təmsilçisi Səmra Rəhimlinin “Miracle” mahnısı isə ən çox dinlənilən mahnılar sırasındadır. Belə ki, müğənnin ifa etdiyi mahnı və klipə 1 milyon 2 min insan baxıb.
Təmsilçimiz buna görə sosial şəbəkə vasitəsilə müsabiqənin izləyicilərinə öz təşəkkürünü bildirib.
