"İşte benim stilim" dəb yarışmasının azərbaycanlı iştirakçısı Sima Şərəffətdinovanın İnstaqramda yerləşdirdiyi foto Türkiyə mediasında səs-küyə səbəb olub.
Oxu.Az xəbər verir ki, proqramın digər iştirakçısı Ezgi fotonun Simaya yox, başqa modelə aid olduğunu iddia edib. Sima israrla şəklin özünə aid olduğunu vurğulayıb.
Yarışmanın yaradıcı heyəti araşdırma apararaq, doğurdan da şəklin Simaya deyil, 2009-cu ildə İspaniyada gözəl seçilən xanıma məxsus olduğunu ortaya çıxarıb.
Münsif Nur Yerlitaş "Bu şəkildəki qız sən deyilsən. O xanımın 170 sm boyu var",- deyə bildirib.
S.Şərəffətdinova isə "Mən də gözəllik müsabiqəsində qırmızı çimərlik geyimində podiuma çıxmışdım. Elə bildim bu da öz fotomdur", -deyə cavab verib.
