Azərbaycanın xalq artisti İlhamə Quliyeva mətbuata müraciət edib.
Oxu.Az xəbər verir ki, müğənninin açıqlamasını onun mətbuat katibi Faiq Ələkbərli İnstagram hesabında paylaşıb.
Həmin açıqlamanı olduğu kimi sizə təqdim edirik:
“Hörmətli instagram istifadəçiləri, bundan sonra heç kim mənim adımdan istifadə edib öz səhifəsində açıqlamalar verməsin. Qəti şəkildə heç kəsə icazə vermirəm. Lazım olan açıqlamanı özüm və yaxud mətbuat katibim məsləhət bildiyimiz internet saytlarına təqdim edirik. Nəzərinizə çatdırıram ki, bu son xəbərdarlıqdır. Hörmətlə, “Şöhrət” və “Şərəf” ordenli İlhamə Quliyeva”.

Aytən Sadıqzadə
www.oxu.az