Biləsuvardan olan şairə xanım Mətanət Poladova ona məxsus şeirin Space-in aparıcısı Mikayıl tərəfindən oğurlandığını iddia edib.
Oxu.Az xəbər verir ki, Qafqazinfo-ya müraciət edən yazarın sözlərinə görə, Mikayıl “Sevimli Şou” verilişinin 13.10.2014-cü il tarixində efirə gedən buraxılışında onun 20 il öncə yazdığı şeirlərindən birini səsləndirib. Mətanət xanım bildirib ki, o, şeirini qadın üslubunda yazıb, lakin Mikayıl onu dəyişib kişi üslubuna salıb.
Hüquqlarının pozulduğunu iddia edən qadın ona məxsus şeiri YouTube-da yerləşdirib və qərarı oxucuların ixtiyarına buraxıb.
Üçüncü dəqiqədən şairənin aparıcıya qarşı ittihamını izləyə bilərsiniz.