Aktrisa Doğa Rutkay ilə həyat yoldaşı, jurnalist-prodüser Kerimcan Kamal Alaçatı-Hacı Memişdəki iki mərtəbəli evlərinin qapılarını “InStyle Home” dərgisinə açıb.
Oxu.Az xəbər verir ki, 300 kvadrat metrlik 2 mərtəbəli daş evi görər-görməz aşiq olduğunu və 4 gündə satın aldığını söyləyən Doğa Rutkay “Evə köçməyimiz 10 günümüzü aldı” deyib.
Alt mərtəbədə geniş mətbəx, vanna otağı və bağçaya açılan qonaq otağı yerləşir.
Üst mərtəbədə isə üç yataq otağı və iki vanna otağı var.
Evin bağçasını isə həyat yoldaşı Kerimcan Kamal bir günə hazırlayıb.
Aytən Sadıqzadə
www.oxu.az