Türkiyəli aktyor Mustafa Uğurlunun Cihangirdəki evində yanğın baş verib.
Oxu.Az xəbər verir ki, 5 mərtəbəli binada aparılan təmir işləri əsnasında əmələ gələn yanğının alovları qısa müddətdə böyüyüb. Hadisə yerinə çoxlu sayda xilasetmə qrupu gələrək yanğına müdaxilə edib. Binanın sakinləri təxliyə olunub.
Təxminən 1 saatlıq müdaxilədən sonra yanğın söndürülüb. Ölən və yaralanan olmayıb.
Qeyd edək ki, Mustafa Uğurlu 1998-ci ildə Antaliya Altın Portakal Film Festivalında “Ağır roman”dakı obrazına görə “Ən yaxşı koməkçi kişi aktyoru” mükafatına layiq görülüb.
Aytən Sadıqzadə
www.oxu.az