Tanınmış teleaparıcı Gülnarə Məmmədova sosial şəbəkdə uşaqlıq illərində çəkilmiş şəkillərini paylaşıb.
Oxu.Az xəbər verir ki, ANS-də “Kamerton”, “Xonça” kimi verilişlərin aparıcısı olan G.Məmmədova bir neçə ildir ki, aparıcılıq fəaliyyətini dayandıraraq Türkiyədə yaşayır.
Cazibədar teleaparıcı sentyabr ayında Özgür adlı Türkiyə vətəndaşı ilə ailə həyatı qurub. Bu, Məmmədovanın ikinci evliliyidir.