“Sünilik elə girib qəlbinə. Adamın ürəyi bulanır”.
Oxu.Az-ın məlumatına görə, bu sözləri “Tolik” ləqəbi ilə tanınan aparıcı, prodüser Tarix Əliyev “Instagram” hekayə bölməsində paylaşdığı paylaşımında bildirib:
“Səhər-səhər ATV-yə baxanda bəzi müğənnilərə yazığım gəlir. Məcburdur sizi səhər-səhər ağlatsınlar? Sizin bir qürurunuz yoxdurmu? Deyə bilmirsiniz “ay aparıcı, bir gün sən də ağla da, əgər ağlaya bilirsənsə?”.
Tarixin bu paylaşımı ilə ATV kanalında səhər saatlarında yayımlanan “Günün sədası” verilişinin aparıcısı Nanə Ağamalıyevaya söz atdığı düşünülüb.
Mövzu ilə bağlı Nanə ilə əlaqə saxlamağa çalışsaq da, məlumat ala bilmədik.
Sözügedən paylaşımı təqdim edirik:

Dilşad Bəhruzqızı