Tar ifaçısı Humay Qədimova müğənni Zenfira İbrahimovanı bayağı adlandırıb. Oxu.Az-ın məlumatına görə, Humay bu barədə ARB TV-də yayımlanan “Maqazin Plus” verilişinə müsahibəsi zamanı deyib. “Alim Qasımovdan dərs alıb, ancaq baxırsan ki, Zenfira da insanların zövqü ilə ayaqlaşır, bayağı ifalar edir. Hər zaman ona bildirirəm ki, dəst-xətti saxla. Təkcə Zenfiradan söhbət getmir, bir çoxları var ki, musiqiyə xələl gətirirlər”, - deyə H.Qədimova bildirib. Ətraflı süjetdə:
Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin