Müğənni Həmid Sultan Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə mahnı həsr edib.
Oxu.Az xəbər verir ki, yeni mahnı “Azərbaycan əsgəri” adlanır. Mahnının sözləri Mehman Hüseynoğluna, musiqisi isə Elnur Yasamallıya məxsusdur.
Müğənni yaxın zamanlarda sözügedən mahnıya klip çəkdirməyi də planlaşdırır:
“Mən rejissorlara səslənirəm. Kim bu mahnıya klip çəkmək istəyirsə, buyursun mənə xəbər eləsin. Çox məsuliyyətli addım olduğundan istəyirəm ki, bu mahnıya çəkilən klip digər kliplərdən fərqlənsin”.