ATV telekanalında yayımlanan “Möhtəşəm maşın” şousunun beşinci yarış günü də sürprizlərlə dolu oldu.
Oxu.Az xəbər verir ki, veriliş ərzində 6 iştirakçı dicey Çinanın yarışmadan uzaqlaşdırılmasını istəyib.
Verilişə qonaq qismində qatılan prodüser Tolik Çinanı açıq oynamamaqda ittiham edib.
Tamaşaçıların səsverməsi nəticəsində dicey 56,93 faiz səslə mübarizəni davam etdirmək şansı qazanıb.
Hər kəs Çinanın stilist Anar Ağakişiyevi çıxaracağını gözləsə də, o aktyor Tərlan Nuryaşarı oyundan kənarlaşdırıb.
Şouda dah bir məqam isə “Su və atəş” filminə görə Azərbaycana gələn Özcan Dənizin də şouya qatılması olub. Məşhur ulduz təşəkkür edərək iştirakçılara uğurlar arzulayıb.
Qeyd edək ki, hazırda müğənni Samir Piriyev, Roza Zərgərli, Niyam Salami, jurnalist Vüqar Vüqarlı, repçi Elxan Zeynallı (Qaraqan) , aparıcı Mirsalam Mirsalamov, Günel Hümbətova, Aydan Axundova, stilist Anar Ağakişiyev, meyxanaçı İntiqam Rüstəmov və dicey Çina maşın uğrunda mübarizəni davam etdirir.
Aytən Sadıqzadə
www.oxu.az