Azərbaycan ordusunun itki verdiyi günlərdə reper Elşad Xosenin hovuzda foto paylaşmasının və əyləncələrə qatılmasının düzgün olmadığını deyən insanlar reperin kobud reaksiyası ilə qarşılaşıblar.
Bununla da kifayətlənməyən Elşad Xose izləyicilərinə cavab vermək üçün hətta əvvəldən sonadək söyüşlərdən ibarət olan video da çəkib paylaşmışdı.
Bunun doğru olmadığını və öz iradını İnstagram səhifəsində yazan prodüser Tolik də reperin təhqir dolu sözlərinə tuş gəlib. Onun şərəf və ləyaqətini alçaltdığına görə prodüser reperi məhkməyə verməyə hazırlaşır.
Tolik bu barədə İnstagram səhifəsində yazıb:
“Maddələri nəzərə alaraq birinci gün Daxili İşlər Nazirliyinə şərəf və ləyaqətimi alçaltdığı üçün Elşad Xose haqqında şikayət ərizəmi verəcəm. Artıq vəkilimlə də məsləhətləşmişəm. Mülki məcəllənin 23-cü maddəsini nəzərə alıb məhkəməyə müraciət edəcəm”.
