Azərbaycanın xalq artisti Aygün Kazımova ilə Türkiyənin super starı Ajda Pekkanın geyimlərinin bənzərliyi diqqət çəkib.
Oxu.Az xəbər verir ki, Aygün Kazımovanın 29 avqust 2014-cü il tarixində prodüser Tolik tərəfindən Nabranda reallaşan “Super show” adlı konsertində geyindiyi libas ilə Ajda Pekkanın Hərbiyə Cəmil Topuzlu açıq hava səhnəsində geyindiyi paltarın bənzərliyi gözlərdən qaçmayıb. Qardaş ölkənin mətbuatında bu haqda yazılar dərc olunub.
Aytən Sadıqzadə
www.oxu.az