“Yaprak dökümü” serialından yaxşı tanıdığınız Başak Sayan da Türkiyədə yaşayan əslən azərbaycanlı məşhurlardandır.
Oxu.Az xəbər verir ki, “Hurriyet.com.tr” saytına müsahibə verən aktrisa Başak Sayan Ankarada doğulub, alman tərbiyəsi ilə böyüyüb, əslən isə azərbaycanlı olduğunu bildirib.
Müsahibə zamanı xarici görünüşündəki gözəllik və cazibədarlığın kökünün hardan gəlməsi ilə bağlı ona verilən sualı “Ankarada doğulub boya-başa çatmışam. Ailəm əslən Qarslıdır, amma ata tərəfindən Azərbaycan türküyəm”- deyərək cavablandırıb.
Aytən Sadıqzadə
www.oxu.az