Bu gün “Nifrət Qurbanı Trans Fərdləri Anma Günü” ilə əlaqədar Türkiyənin ilk trans dəfiləsi baş tutacaq.
Oxu.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, həmcins stilistlər tərəfindən bağışlanan geyimlərin satışından əldə ediləcək gəlir köməyə ehtiyacı olan trans fərdlər üçün xərclənəcək.
Tədbirin təşkilatçısı transseksual Öykü Ay sosioloq Pınar Selekin trans fərdlər tezisindən ilham aldığını ifadə edərkən “Heç kim bizi içindəki kimi görməsin. Artıq o cür xəbərlərindən çıxmaq istəyirik. Şiddət vəsaiti olacağımıza, əyləncə vəsaiti olaq” deyib.
Dəfilə “Maslak X-large Klub”da gerçəkləşəcək. Öykü Ay son məşqlərdən öncə bunları deyib:
“Cəmiyyətdə bizə qarşı bir yumşalma var, amma bunu gücləndirmək lazımdır. Biz də insanıq və bizi belə qəbul etməlidirlər. Biz pis insanlar deyilik, vicdanlıyıq. Bizə olan münasibətdən bezmişik. Buyrun, gəlin, görün, bizimlə tanış olun. Bizə daş atana çörək və gül atmaq istəyirik.
Bələdiyyə başçılarından bizə qocalar evi ola biləcək yer ilə təmin etmələrini istəyirik. Layihədə 100 nəfər transdan ibarət qrup çalışır. Türkiyənin müxtəlif yerlərindən 35 qızımız podiuma çıxacaq. Hər kəsi bu nümayişə çağırırıq”.
Aytən Sadıqzadə