2013-cü il noyabrın 23-də Bakıda, Heydər Əliyev Sarayında Ukraynanın populyar müğənnisi Ani Lorak çıxış edəcək.
Oxu.Az Ann.az-a istinadən xəbər verir ki, bu barədə Trend Life-ə Sarayın mətbuat xidmətindən bildiriblər.
Ani Lorak “Eurovision-2008” müsabiqəsində ikinci yeri tutub. O, yalnız “Eurovision”un ən yaxşı artistinə verilən “Artistic Award Eurovision Song Contest” mükafatına layiq görülüb.
Ani çoxsaylı musiqi mükafatlarının sahibi, bir çox beynəlxalq və Ukraynada keçirilən festivalların qalibidir.
İfaçı İngiltərə, ABŞ, Fransa, Almaniya, Macarıstan, Polşa və Türkiyədə çıxış edib. Ani həm də Ukraynanın Xalq artistidir.









