Bəstəkar İmruzə Hüseynova yubileyi ərəfəsində dinləyicilərinə sevilən mahnılarından ibarət “Darıxmışam sənin üçün” adlı konsert verməyə hazırlaşır.
Oxu.Az xəbər verir ki, dekabrın 8-i Heydər Əliyev Sarayında baş tutacaq konsert proqramında xalq artistləri Flora Kərimova, Nisə Qasımova, Brilyant Dadaşova, Ağadadaş Ağayev, əməkdar artistlər Tünzalə Ağayeva, İlqar Muradov, Abbas Bağırov, Lalə Məmmədova, müğənnilər Elnur Məmmədov, Mirkamil Kamilov və başqalarının ifaları gözlənilir. Gecədə həmçinin bəstəkarın musiqilərinə qurulmuş rəqs nömrələri və instrumental ifalar də səslənəcək.
Qeyd edək ki, bəstəkarın ötən illər ərzində Rəşid Behbudov adına Mahnı Teatrı və Dövlət Filarmoniyasında uğurla yaradıcılıq konsertləri baş tutub.
Aytən Sadıqzadə