Bu gün “Günəbaxan”ın qonağı olan müğənni Vasif Məhərrəmli, mövzusu dəbə həsr edilən verilişin bu buraxılışında hər kəsi təəccübləndirəcək fikirləri ilə yadda qalıb.
Oxu.Az Gecce.az-a istinadla xəbər verir ki, müğənni verilişdə bunları söyləyib:
“Sevirəm geyinməyi, alış-veriş etməyi. Şərt deyil ki, geyindiyin bütün geyimlər brend olsun. Əsas keyfiyyətli olmasıdır. Bir yəhudi atalar sözü yadıma düşdü: “Mən o qədər varlı deyiləm ki, ucuz mal alım”.
Mənim üçün geyimdə ayaqqabı ən əsas yer tutur. Onun keyfiyyəti və görünüşü çox vacibdir. Bir dahi belə bir maraqlı fikir deyib:
“Çox yaşamaq istəyirsənsə bahalı ayaqqabı, bahalı alt paltarı geyinməlisən və təmiz hava almalısan”.