Şou-biznesin subay məşhurlarından biri olan Xalq artisti Faiq Ağayev haqqında gəzib-dolaşan evlənmə xəbərlərinə aydınlıq gətirib.
Oxu.Az xəbər verir ki, sənətçi “ATV Maqazin 10-larla” proqramında “Nə zaman subaylığın daşını atıb, evlənəcəksiz” sualına bu cür münasibət bildirib:
“Bu qismətdir. Bu planlaşdırılan bir şey deyil ki, filan mağazada filan ayaqqabı satılır, gedib onu alacağam. Bax o planladır. Faiqi də sevən var. Yəqin ki, Faiq də kimisə sevir. Gözləmək lazımdır. Siz də, mən də gözləyəcəyik (gülür)”.
Rəşad Əliyev