Xatirə İslamın sənət yaradıcılığında yeniliklər var. Müğənni həm iki fərqli duet, həm də konsert proqramı üzərində çalışır.
Oxu.az “SİA”-ya istinadən bilidirir ki, Xatirə İslam bəstəkar-müğənni Tunar Rəhmanoğlu ilə birlikdə “Sənə bağlandım yenə” adlı dueti ərsəyə gətirəcək. Mahnının sözləri Xəyyama, musiqisi isə Tunara məxsusdur.
Müğənni Xatirə İslamdan daha bir yenilik Rüfət Axundovla olacaq. Məşhurlar Dubaya üz tutacaqlar. Bu haqda Xatirənin özü məlumat verib:
“Bu yaxınlarda Rüfətlə birgə Dubaya gedəcəyik. Buna səbəb “Küsmə” adlı duetimizə klip çəkdirməkdir. Ümid edirik ki, mahnı kimi ekran işimizdə hər kəs tərəfindən bəyəniləcək. Onu da deyim ki, yaxın vaxtlarda konsert verməyi də planlaşdırıram”.