Almaniyada hər il təşkil olunan “Miss Almaniya” gözəllik müsabiqəsində bu il ilk dəfə yəhudi model mübarizə aparacaq.
Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, Tamar Morali adlı model bunun yəhudilərin uğuru olduğunu söyləyib.
“Almaniyanın ən gözəl qızı adına namizədliyimi İsrail dövləti və digər ölkələrdə yaşayan yəhudilərin uğuru kimi görürəm. İkinci Dünya Müharibəsi illərində yəhudi xalqı ilə çox qarışıq tarixi keçmişi olan Almaniyanın adıçəkilən gözəllik müsabiqəsində ilk dəfə yəhudi model namizəd olur”, - deyə o bildirib.
Müsabiqənin qalibi bazar günü baş tutacaq onlayn səsvermə ilə müəyyənləşəcək.
A.S.
www.oxu.az