ELLO və VEVO kanallarının analoqu olan Azərbaycanın Baku Music Factory YouTube kanalında ölkənin ən dəbli ifaçılarından biri olan Zamiq Hüseynovun yeni videoklipi təqdim olunub.
Oxu.Az xəbər verir ki, klip rejissor Fərhad Əli tərəfindən "Səninlə yaşayıram" mahnısına çəkilib. Burada xüsusi olaraq Ukraynadan dəvət olunan model Kseniya Palfi çəkilib.
Qeyd edək ki, model daha əvvəl həm də F.Əli tərəfindən çəkilən Zamiq Hüseynovun «Gör nələr olur» klipində yer alıb.
"Səninlə yaşayıram"ın lirik kompozisiyasının əsasını, yaradıcılığı və repertuarı Zamiq Hüseynovun bəyəndiyi dünya şöhrətli Latın Amerikası ifaçısı Mark Entoninin «When I dream at night» (musiqi Robin Thicke, Dan Shea) mahnısı təşkil edir.
Bu mahnıya Azərbaycan dilində mətni radio-aparıcı Nurlanə Cəfərova yazıb.Kompozisiyanın aranjimanı sıfırdan başlayaraq İstanbulun aparıcı studiyalarından birində həyata keçirilib.
Məlumat üçün bildirək ki, yaxın zamanlarda Zamiq Hüseynov tamaşaçılara, komandasının üzərində işlədiyi, bir çox maraqlı layihələr təqdim edəcək.
Aytən Sadıqzadə