Əməkdar artist həmkarı ilə sevgili olduğu haqda yayılan şayiələrə aydınlıq gətirib.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, ATV telekanalında yayımlanan “Düz üzünə” verilişində dünən qonaq olan əməkdar artist Zöhrə Abdullayeva jurnalistin “Siz xalq artisti ilə sevgili olmusuz?” sualına cavabında bildirib ki, “Məmmədbağır Bağırzadə kimi sevgilim olsaydı, fəxr edərdim...”.
O, bu cavabı ilə yanaşı, həmkarını sadəcə qardaş, dost kimi çox istədiyini də vurğulayıb:
“Hansı bir kişi görüşdüyü qadının yanında deyə bilər ki, mən filankəslə nəfəs alıram? Məsələn, Məmmədbağır mənim yanımda deyirdi ki, sevdiyi qadınla nəfəs alır. Mən o kişiylə görüşərdim?! Sadəcə biz onunla qardaş-bacı kimi olmuşuq. Onun yoxluğu indi də məni çox incidir”.