Xalq artisti Zülfiyyə Xanbabayeva yeni klipini və mahnısını dinləyicilərin ixtiyarına verib.
Oxu.Az axşam.az-a istinadən xəbər verir ki, “Melançolia” adlanan mahnının sözləri, musiqisi və aranjmanı MC Murada məxsusdur.
Bəstənin ekran həlli rejissor Hüseyn Qəribova həvalə olunub. Z.Xanbabayevanın imici üzərində stilist Elnur Həsənov çalışıb.
N.O.