Müğənni Röya Ayxan Rusiyanın paytaxtında konsert proqramı ilə çıxış edib.
Oxu.Az xəbər verir ki, Röya Kreml Sarayında “Mənəm” adlı solo konsert verib. Müğənninin konsertdəki çıxışı zamanı geyimlərini modelyer Səbinə Hüseyn hazırlayıb. Konsertin aparıcısı Tural Əsədov, təşkilatçısı isə Samirə Zeynalova olub. Müğənni sarayın səhnəsində ən sevilən mahnılarını səsləndirib.
Konsertdən olan fotolar müğənninin İnstagram hesabında paylaşılıb.
Aytən Sadıqzadə
www.oxu.az