12 
Avq
2018
22:55
79
166
10324
Virtual karabakh

Murat Boz Aslı ilə barışmaq üçün dəridən-qabıqdan çıxır - FOTO

12 Avq, 2018
22:55
10324

Murat Boz Aslı ilə barışmaq üçün dəridən-qabıqdan çıxır - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyəli məşhurlar Murat Bozla Aslı Enverin iki il yarımlıq sevgi münasibətləri dörd ay öncə bitmişdi.

Oxu.Az türk mətbuatına istinadən xəbər verir ki, cütlüyün yaxınları isə onların barışacağını iddia edir.

Bildirilir ki, Murat bir aydır Aslı ilə barışmaq üçün dəridən-qabıqdan çıxır.

O, ortaq dostlarını bu işə cəlb edərək sevgilisini ilə olan münasibətlərini bərpa etmək istəyir.

Boz aktrisanın qəlbini yenidən qazanmaq üçün evinə ağ və qırmızı rəngdə qızılgüllər də göndərib.

Aslı isə müğənnidən qərar verməsi üçün vaxt istəyib.

Qeyd edək ki, cütlük “O səs Türkiyə” müsabiqəsində tanış olublar.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri