Dünyaca məşhur ifaçı Britni Spirslə keçmiş əri Kevin Federlayn arasında uşaqları üçün ödənilməli olan alimentə görə məhkəmə prosesi davam edir.
Oxu.Az xəbər verir ki, ötən il Kevin uşaqlar üçün hər ay 20 min dollar aliment alırdı.
O, fevralda məhkəməyə müraciət edərək uşaqların böyüdüyünü, xərclərin çoxaldığını bildirərək alimentin iki dəfə çoxaldılmasını istəyib.
Kevinlə yaşayan 12 yaşlı Şon və 11 yaşlı Preston üçün edilən bu tələbi məhkəmə geri çevirib. Bununla razılaşmayan Kevin yenidən məhkəməyə üz tutub və alimentin üç dəfə çoxaldılmasını, yəni 60 min dollar edilməsini tələb edib.
Məlum olub ki, Britnini keçmiş ərinə 110 min dollar ödəməyə məcbur edilib. Federlayn isə bu məbləği yetərli hesab etmir. O söyləyib ki, Birtni ildə 35 milyon dollar qazanır və uşaqlarının yüksək həyat tərzi keçirməsi üçün onlara ayda 35 min dollardan artıq pul ödəməlidir.
Qeyd edək ki, 2008-ci ildə məhkəmə müğənninin övladlarına baxa bilməyəcəyi qənaətinə gələrək, onları atasına verib. Buna görə də onların bütün xərcini Britni Spirs ödəyir.
Pərviz Hüseyn
www.oxu.az
Rəylər