Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Nadir Qafarzadə xəyanətdən danışdı: “Eləmişəm, həyat yoldaşım da bilib” - VİDEO
Müğənni Nadir Qafarzadə xəyanət mövzusunda açıqlamaları ilə diqqət çəkib.
Oxu.Az-ın məlumatına görə, müğənni bu barədə “MTV maqazin” verilişində danışıb.
Qafarzadə xəyanətin əvvəllər də olduğunu və hər zaman da olacağını qeyd edib.
İfaçı açıqlaması zamanı cavanlıqda xəyanət etdiyini, hətta bunu həyat yoldaşının da bildiyini etiraf edib.
“Bəlkə də, cavanlıqda xəyanət etmişəm. Bunu həyat yoldaşım bilib. Bu evliliyə qədər olub. Evliliyə qədər olanlar xəyanət sayılmır. Demirəm ki, bundan sonra etməyəcəm. İnsanıq da... Bizi şeytan aldadır, yoldan çıxarır”, - deyə Nadir bildirib.
Qeyd edək ki, Nadir Qafarzadə Sevinc adlı xanımla evlidir. Cütlüyün bu nikahdan Loğman və Əziz adlı iki oğlan övladı var.
Ətraflı süjetdə:
Rəylər